Dortmund “Borussiya”sının müdafiəçisi Daniel Svensson Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda “Sabah”a qarşı keçirəcəkləri oyun barədə danışıb.
Sportinfo.az xəbər verir ki, isveçli rəqibin oyunçularını təhlil etdiyini bildirib.
"Rəqibin bütün futbolçularını ətraflı öyrənmişəm. Start heyətində meydana çıxsam, hansı oyunçu ilə üz-üzə gələcəyimi bilmirəm.
Amma digər matçlarda olduğu kimi, bu görüşə də yaxşı hazırlaşmışam".
“Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
