Sərt tənqid etdilər: “Cəmi doqquz yaşı olan komandaya uduzduq”

Sərt tənqid etdilər: “Cəmi doqquz yaşı olan komandaya uduzduq”

Bakıda qeydə alınan məğlubiyyət Çexiyada kəskin reaksiyaya səbəb olub.

Sportinfo.az xəbər verir ki, “iSport nəşri" nəticəni uğursuzluq adlandıraraq daxili çempionatda inamlı çıxış edən komandanın Avropa arenasında yenidən aciz təsir bağışladığını vurğulayıb.

"Ruik" nəşri isə daha sərt mövqe sərgiləyib. Portal “Avropada bizə gülürlər! Cəmi doqquz yaşı olan komandaya uduzduq ” başlıqlı məqalə dərc edib.

Nəşr həmçinin “Slaviya” azarkeşlərindən birinin emosional fikirlərinə yer verib. Həmin azarkeş komandanın çıxışını xatırladığı ən pis oyunlardan biri və Çempionlar Liqasında klub üçün biabırçılıq adlandırıb.

"Seznam Zpravy" isə “Slaviya”nın hazırkı səviyyəsinin Avropa futbol elitasının iştirakçısı statusuna uyğun olub-olmadığını sual altına alıb.

Nəşr xatırladıb ki, Praqa klubu 2007-ci ildən bəri Çempionlar Liqasında qələbə qazana bilmir və uğursuz seriyası artıq 20 matça çatıb.

“Sabah” Kahim Parrisin və Coi-Lens Mikelsin qolları sayəsində Çempionlar Liqasının əsas mərhələsində tarixində ilk qələbəsini qazanıb. Bakı klubu turnirdə ilk üç xalını əldə edib, “Slaviya” isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti