“Borussiya” Bakıda zarafatından qalmadı: “Deyəsən, burada ağıllı insanlar var” - VİDEO

08:50 Hadisə 140
“Borussiya” Bakıda zarafatından qalmadı: “Deyəsən, burada ağıllı insanlar var” - VİDEO

Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq “Borussiya” (Dortmund) Bakı Olimpiya Stadionu (BOS) ilə bağlı diqqətçəkən paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Almaniya klubunun sosial media hesabında paylaşılan videonun üzərində yumoristik qeyd yer alıb:

“Biz buraya sadəcə “Olimpiya Stadionu” deyirik. Halbuki burada heç vaxt Olimpiya Oyunları keçirilməyib. Onsuz da heç vaxt fərqinə varmayacaqlar”.

Dortmund təmsilçisi paylaşımın qeyd yerinə isə “Deyəsən, burada ağıllı insanlar var” sözlərini əlavə edib.

"Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Məlumat üçün bildirək ki, Bakı Olimpiya Stadionunda heç vaxt rəsmi Olimpiya Oyunları (Yay və ya Qış Olimpiadası) keçirilməyib.

“Olimpiya Stadionu” adı beynəlxalq standartlara və memarlıq miqyasına görə verilsə də, burada yalnız regional və irimiqyaslı beynəlxalq idman yarışları baş tutub.

Ölkənin ən böyük idman qurğusu olan arena 2015-ci ildə ilk Avropa Oyunlarının əsas idman obyekti olub, təntənəli açılış və bağlanış mərasimlərinə, habelə atletika yarışlarına ev sahibliyi edib.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının əsas yarış sahələrindən biri olan arena 2019-cu ildə isə İngiltərənin “Çelsi” və “Arsenal” (4:1) klubları arasında keçirilən Avropa Liqasının final matçını qəbul edib.

Bundan başqa, stadionda UEFA EURO 2020 çərçivəsində 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması oynanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM