“Real”ın Çempionlar Liqasındakı hədəfi nədir? - Mourinyo açıqladı

“Real”ın Çempionlar Liqasındakı hədəfi nədir? - Mourinyo açıqladı

“Real”ın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının əsas favoritləri arasında olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı danışmağın hələ tez olduğunu bildirib:

“Bu barədə danışmaq üçün hələ tezdir. Məqsədimiz pley-offa yüksəlməkdir.

Bundan sonra növbəti hədəfimiz pley-off mərhələsindən yan keçmək olacaq. Əvvəlcə növbəti mərhələyə vəsiqəni təmin edəcək

11-12 xal toplamalıyıq. Daha sonra isə ilk səkkizliyə düşməyimizə imkan verəcək qədər xal qazanmalıyıq”.

“Real” Çempionlar Liqasının liqa mərhələsində iki turdan sonra 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Madrid təmsilçisinin 3-cü turdakı rəqibi “Leyptsiq”dir. Tərəflər bu gün saat 23:00-da İspaniyada qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü