“Sportinfo TV”də “Futbol Masası” verilişinin növbəti buraxılışı hazırlanıb.
Aparıcı Həbib Aslanovun budəfəki qonağı AFFA-nın seleksiya şöbəsinin rəhbəri, veteran futbolçu Bəxtiyar Musayev olub.
Müzakirələr zamanı Musayev xaricdə yaşayan azərbaycanlı futbolçuların milli komandalarımıza cəlb olunması ilə bağlı sevindirici məlumatlar verib.
O, yaxın gələcəkdə Avropanın müxtəlif ölkələrində çıxış edən soydaşlarımızın Azərbaycan millilərində oynamaq imkanlarının genişlənəcəyini bildirib.
AFFA rəsmisi U-15 millimizin heyətində gələcək üçün perspektiv vəd edən kifayət qədər futbolçunun olduğunu vurğulayıb, bununla yanaşı, ölkəmizdə keçiriləcək U-20 dünya çempionatından gözləntilər barədə danışıb.
Verilişdə Azərbaycan Premyer Liqası, I və II liqalardakı vəziyyət də müzakirə olunub.
“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.
“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.
“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.
“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
