“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq klub rəhbərliyini tənqid edib.
Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə “The Athletic”-ə açıqlamasında danışıb:
“Dəstək veriləcəyi, mütəmadi ünsiyyətin olacağı və bütün qərarları birlikdə qəbul edəcəyimiz vəd edilmişdi.
Klubun üzləşdiyi problemləri müzakirə edirdik. Ancaq rəhbərlik verdiyi sözə əməl etmədi. Məhz buna görə məyusam”.
Niderlandlı mütəxəssis 2022-2024-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. “Qırmızı şeytanlar” onun rəhbərliyi altında İngiltərə kubokunun və İngiltərə Liqa kubokunun qalibi olublar.
Hazırda “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikdir.
