“Sabah”ın müdafiəçisi Akim Zedadka Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyun barədə danışıb.
Sportinfo.az xəbər verir ki, əlcəzairli legioner deyib:
"Bu, Çempionlar Liqası oyunudur və rəqibə qarşı öz futbolumuzu göstərmək istəyirik. Azarkeşlərimizin qarşısında əlimizdən gələni etməli və ən yaxşı oyunumuzu nümayiş etdirməliyik.
"Borussiya" (Dortmund) kimi güclü komanda ilə qarşılaşacağımızı yaxşı anlayırıq. Çempionlar Liqasında hər şey fərqlidir.
Bununla yanaşı, yanaşmamız dəyişmir. Ən yaxşı futbolumuzu oynamalı və keyfiyyətimizi ortaya qoymalıyıq.
Hər oyundan, xüsusilə də Çempionlar Liqası matçlarından zövq almaq istəyirik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik.
Hamımız oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, maraqlı qarşılaşmanın və gözəl futbolun şahidi olacağıq".
“Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
