Azərbaycanda komanda meydandan yarımçıq çıxdı - 9 iştirakçıya texniki məğlubiyyət verildi

Azərbaycanda komanda meydandan yarımçıq çıxdı - 9 iştirakçıya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi bir neçə komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, AFFA Gənclər Liqasının “Lion” PFK – “Turan Tovuz” FK oyunu “Lion” PFK komandasının qarşılaşmanın 80-ci dəqiqəsində meydanı tərk etməsi səbəbindən yarımçıq dayandırıldığına görə “Lion”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Gülül” (Ağstafa) – “Qala” (Şəmkir) oyunu “Gülül” (Ağstafa) komandasının heyətində adları oyun protokolunda olmayan oyunçular aşkar edilməsi səbəbindən baş tutmadığı üçün “Gülül”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Qazax Gənclər” – “Şəmkir” FK oyunu “Qazax Gənclər”in heyətində adları oyun protokolunda olmayan oyunçular aşkar edilməsi səbəbindən baş tutmadığı üçün “Qazax Gənclər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Eray” (Zaqatala) – “Alfa” (Zaqatala) oyunu “Eray”ın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün “Eray”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Sabirabad” FK – “İmişli” FK oyunu “Sabirabad”ın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməsi nəzərdə tutulan “İnter” UİK – “Capital Baku” FK oyunu hər iki komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-9 Liqasında keçirilməsi nəzərdə tutulan “Alfa” (Zaqatala) – “Aslan” PFK oyunu “Aslan”ın oyuna çıxmaqdan imtina etməsi səbəbindən baş tutmadığı üçün “Aslan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Qızlar liqasında keçirilməsi nəzərdə tutulan “Zərif” FK (Gəncə) – “Zəfər” FK (Bərdə) oyunu, “Zəfər”in oyuna vaxtında gəlmədiyi üçün baş tutmadığı üçün “Zəfər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü