“Neftçi” nə təklif edir? - Qiymətlərlə tanış olun

09:00 Neftçi 123
“Neftçi” nə təklif edir? -  Qiymətlərlə tanış olun

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-ü saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır.

Qiymətlər aşağıdakı kimidir:

  • Qərb 2 – 2 AZN;
  • Banişevski alt – 3 AZN;
  • VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Qiymətlər belədir:

  • Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
  • Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
  • VIP Gold – 20 AZN .

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM