«Araz-Naxçıvan»da baş məşqçi dəyişikliyi yaşanıb.
Sentyabrın 23-də əsas komandanın sükanı arxasında Cavid Hüseynovu Yuri Maksimovla əvəzləyən «ağ-qırmızılar» bu dəfə əvəzedici heyətlə bağlı addım atıb.
Avqustda «dubl»un sükanı arxasına gətirilmiş Rüstəm Əliyev vəzifəsi ilə vidalaşıb. Muxtar Respublika təmsilçisinin ikinci komandası Alim Qurbanova tapşırılıb.
«Araz-Naxçıvan-2» Əvəzedicilər Liqasının geridə qalan 6 turu ərzində 7 xal toplayıb. Kolletiv bu göstərici ilə turnir cədvəlinin yeddinci pilləsində yer alıb.
SPORTİNFO.AZ
