Azərbaycan komandası ÇL-in ən intizamlı iki iştirakçısından biridir, qapıçısı isə...

13:40 Sabah 118
Azərbaycan komandası ÇL-in ən intizamlı iki iştirakçısından biridir, qapıçısı isə...

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində intizam göstəricisinə görə ikinci pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, Bakı təmsilçisinin futbolçuları ilk iki turda 28 dəfə qayda pozuntusuna yol veriblər.

Komandanın üzvləri dörd sarı vərəqə alıblar.

“Sabah”ın qapıçısı Stas Pokatilov da fərdi göstəricisi ilə diqqət çəkib. Qazaxıstanlı kiper 11 seyvlə turnirin ən yaxşı ikinci qapıçısıdır.

Bu göstəricidə “Brügge”dən (Belçika) Yan Zommer 14 qurtarışla liderdir. “İnter”dən (İtaliya) Xosep Martines isə 10 seyvlə üçüncü yerdə qərarlaşıb.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub. İkinci turda isə Çexiyada “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti