“Tarixi qələbə qazandıq. İlk ev oyunumuzda belə bir nəticə əldə etdiyimiz üçün çox xoşbəxtəm, qürurluyam və komandamla fəxr edirəm.
Həm xalqımızı, həm komanda yoldaşlarımı, həm də baş məşqçimizi bu uğur münasibətilə təbrik edirəm.
Çempionlar Liqasında doğma azarkeşlər önündə qələbə qazanmaq sözlə ifadə olunası hisslər deyil”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” ilə Bakıdakı oyun (2:0) haqda deyib.
Müdafiəçi rəqibin güclü olduğunu və təhlükəli epizodlar yaratdığını etiraf edib:
"'Slaviya' çox keyfiyyətli rəqib idi. Onların da 100 faizlik qol imkanları oldu, lakin şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq.
Hesab edirəm ki, komandamız bu turnirdə ən yaxşısına layiqdir. Gələcək oyunlarda da maksimum xal toplayıb azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Doğma meydandakı bütün qarşılaşmalarda məqsədimiz xallar qazanmaq və qələbə çalmaq olacaq”.
