Qadınlardan ibarət "Turan" voleybol klubu CEV Çempionlar Liqasında ilk matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyadan "Mladost" ilə üz-üzə gəlib.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Tovuz təmsilçisi 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə Xorvatiya komandasına qalib gəlib.
"Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.
