Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Slaviya" ilə matçda ən yaxşı oyunçu seçilmək "Sabah"ın hücumçusu Coy-Lens Mikels üçün çox özəldir.
Sportinfo.az xəbər verir ki, almaniyalı forvard mükafatın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
"İlk növbədə komanda yoldaşlarıma təşəkkür edirəm. Matçın ən yaxşı oyunçusu seçilmək mənim üçün çox özəldir.
Hələ də buna inana bilmirəm. Bu anı xəyal edirdim və indi arzuma çatmışam. Çox sağ olun".
Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya" görüşü Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
