Bu il “Qızıl top”u qazanmaq şansı yüksək olan ulduzlar - SİYAHI

01:40 Dünya futbolu 82
Bu il “Qızıl top”u qazanmaq şansı yüksək olan ulduzlar - SİYAHI

2026-cı il “qızıl top” mükafatına əsas namizədlərin reytinq siyahısı açıqlanıb.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn qərarlaşıb.

İkinci yerdə “Barselona”nın və İspaniya millisinin 19 yaşlı forvardı Lamin Yamal, üçüncü sırada isə “İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi yer alıb.

İlk onluğa həmçinin, Xviça Kvaratsxeliya (PSJ), Kilian Mbappe (“Real”), Osman Dembele (PSJ), Rodri (“Barselona”), Fabian Ruis (PSJ), Maykl Olise (“Bayern”) və Deklan Rays (“Arsenal”) daxil edilib.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da, İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü