Çempionlar Liqasında “Sabah”la qarşılaşacaq “Borussiya” (Dortmund) klubunun media əməkdaşları “Sabah”ın alman hücumçusu Coy-Lens Mikelsdən müsahibə alıb.
Sportinfo.az xəbər verir ki, dortmundlular həmin müsahibəni sosial şəbəkələrdə “Mehriban həmkar” başlığı ilə paylaşıblar.
“Sabah” – “Borussiya” matçı bu gün saat 20:45-dən etibarən Bakı Olimpiya Stadionunda oynanılacaq.
