"Sabah"la problem yaşayacaqlar, çox yaxşı baş məşqçiləri var”

20 Oktyabr 23:30 Sabah 134
"Sabah"la problem yaşayacaqlar, çox yaxşı baş məşqçiləri var”

Bu gün "Sabah" Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşünü keçirib. "Borussiya" ilə üz-üzə gələn təmsilçimiz 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Borussiya"nın baş məşqçisi Niko Kovaç matç haqda fikirlərini bildirib:

" Oyundan razıyıq. Çox yaxşı oynadığımızı düşünürəm.

Biz çox güclü komanda ilə oynadıq. Əslində bu matçı hücumda oynamaq istəyirdik.

Oyunu arxadan düzgün quraraq hücuma keçirdik. İlk 10 dəqiqədə 2 və ya 3 qol vura bilərdik.

Bir müddət sonra oyun biraz sakitləşdi. "Sabah" çox yaxşı oynadı. Rəqibin vurduğu qol vəziyyətində daha fərqli oynaya bilərdik.

Asan rəqib deyil. Onları təbrik edirəm. Ciddiyə alınası rəqibdir.

Növbəti rəqiblər "Sabah"la problem yaşayacaqlar. Çox yaxşı baş məşqçiləri var. Onlara uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi