Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda “Sabah”la qarşılaşacaq "“Borussiya Dortmund” oyundan öncə son məşqinə çıxıb.
Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.











