Ukrayna çempionatında 9-cu turun son oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Xarkov” evdə “Levıy Bereq”ə qalib gəlməklə turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Xarkovlulara qələbə (2:1) gətirən qolu 63-cü dəqiqədə soydaşımız Ramik Hacıyev vurub.
Azərbaycanlı yarımmüdafiəçi cari mövsümdə 2-ci dəfə fərqlənib. O, start heyətində yer alıb və 81-ci dəqiqədə əvəzlənib.
18 xala malik “Xarkov” hazırda turnir cədvəlində yalnız “Şaxtyor”la “Polesye”dən geri qalır.
