“Sabah”ın U-19-u Masazırda "Borussiya"ya uduzdu

17:10 Sabah 140
“Sabah”ın U-19-u Masazırda "Borussiya"ya uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda “Borussiya”nın (Dortmund) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.

“Sabah”ın U-19 komandası bundan əvvəl 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə 0:5, 2-ci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 0:3 hesabı ilə uduzub.

Hazırda xalı olmayan "Sabah" 36 komanda arasında 35-cidir.

Digər Xəbərlər
Xəbər Lenti