“Monako”nun yarımmüdafiəçisi Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
“Liverpul” 22 yaşlı futbolçunun transferində əsas namizəd hesab olunur. Mersisayd təmsilçisi keçidi gələn ilin yanvarında baş tutacaq transfer dönəmində rəsmiləşdirə bilər.
Potensial transferin məbləğinin 70 milyon avro olacağı bildirilir.
Seneqallı yarımmüdafiəçi 2024-cü ilin yayından “Monako”da çıxış edir. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir.
