İndi “İnter”in transfer siyahısındadır - Ukraynalı qapıçı

1 Dekabr 2025 10:20 İtaliya 1 018
İndi “İnter”in transfer siyahısındadır - Ukraynalı qapıçı

“Real”ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin İtaliya A Seriyasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” ukraynalı futbolçuyla maraqlanır.

İtaliya klubu müqaviləsi gələn yay başa çatacaq isveçrəli qapıçı Yann Sommer üçün uzunmüddətli əvəzedici axtarır. Lunin klubun namizədlər siyahısındadır.

26 yaşlı qolkiper 2018-ci ilin yayından bəri “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü