Fransalı hücumçunu icarəyə götürmək istəyir - "Yuventus”

12 Yanvar 2025 00:20 İtaliya 829
Fransalı hücumçunu icarəyə götürmək istəyir -

PSJ-nin hücumçusu Randal Kolo Muani “Yuventus”a keçə bilər.

“Tottenhem” son vaxtlar fransalı futbolçuya əsas namizəd hesab edilsə də, turinlilər yarışdan qopmur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” Kolo Muanini icarəyə götürmək istəyir və müqaviləyə sonradan satın alma variantını da daxil etməyə hazırdır.

PSJ 26 yaşlı futbolçunun satışından 60 milyon avro əldə etmək niyyətindədir.

Kolo Muani özü karyerasını harada davam etdirmək istədiyinə hələ qərar verməyib. O, bu mövsüm Luis Enrikenin komandasında 14 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq