COP29

“Qalatasaray”ın futbolçusunu təriflədi - Millinin baş məşqçisi

6 Dekabr 2024 18:40 İtaliya 669
“Qalatasaray”ın futbolçusunu təriflədi - Millinin baş məşqçisi

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti icarə əsasında “Atalanta”da çıxış edən “Qalatasaray”ın Nikolo Zaniolo haqda danışıb.

Sportinfo.az “SkySport Italia”-ya istinadən xəbər ki, italiyalı mütəxəssis Zaniolonun böyük potensialının olduğunu bildirib:

“Zaniolonun böyük potensialı var. Onu mütəmadi olaraq milliyə çağırırdım.

O, həm cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edə bilir. Təbii ki, Zaniolo meydanın ortasında oynamaq iqtidarındadır, çünki fiziki göstəriciləri arxası qapıya doğru oynamasına imkan verir.

Fiziki məlumatlar ümumiyyətlə, böyük matçlarda rəqabətə davamlı olmaq üçün zəruri olan əsas keyfiyyətlərdən biridir. Fransa millisinə qarşı son oyunumuz bunu açıq şəkildə göstərdi”.

Zaniolo cari mövsümdə “Atalanta”nın 13 matçında iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti