Lukakunu icarəyə götürmək istəyir - İtaliya klubu

26 İyun 2024 18:20 İtaliya 947
Lukakunu icarəyə götürmək istəyir - İtaliya klubu

“Milan” “Çelsi”nin hücumçusu Romelu Lukakunu icarəyə götürməkdə maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın nümayəndələri London klubu və 31 yaşlı belçikalı futbolçunun ətrafı ilə əlaqə saxlayıb.

İtaliya klubu transferin hansı şərtlər altında mümkün olacağını anlamağa çalışır.

Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!