UEFA Millətlər Liqasının B Liqasının üçüncü turu çərçivəsində Polşa yığması öz meydanında Rumıniyanı qəbul edib.
Sportinfo.az xəbər verir ki, matç polyakların böyük hesablı qələbəsi ilə başa çatıb.
İki illik fasilədən sonra yığmaya qayıdan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç bu matçın iştirakçısı olmayıb. O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
3 turdan sonra 4 xalı olan Polşa yığması qrupda üçüncü yerdədir.
Polşa - Rumıniya 6:0
Qollar: Levandovski, 24-pen.; 47; 86, Qita, 49-avtoqol, Zielinski, 62, Bednarek, 66
Qırmızı vərəqə: Draqusin, 22 (Rumıniya)
