“Sabah yazacaqlar ki..."

4 Dekabr 2023 15:40 İtaliya 416
“Sabah yazacaqlar ki..."

“İnter”in baş məşqçisi Simone İnzaqi “Napoli” üzərində qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ilk hissəyə çox yaxşı başladıqlarını bildirib:

“İlk hissə çox yaxşı başladı. “Napoli İtaliya çempionudur.

Bu, son altı oyunumuzdan beşinci səfər matçımızdır. Bir həftə ərzində üçüncü oyunumuzdur və bizə belə bir performans lazım idi.

Hesabda 2:0 öndə olanda oyun nəzarət altında idi. Neapolda belə bir qələbə məmnunluq gətirir.

Amma onu da bilirik ki, cəmi 14 tur keçib, qarşıda çoxlu matçlar var. Əminəm, sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur”.

İnzaqi 2021-ci ildən “İnter”ə rəhbərlik edir. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda superkubokun sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti