“Milan” son anda qol vurdu və qələbə qazandı - VİDEO

14 Noyabr 2022 01:30 İtaliya 342
“Milan” son anda qol vurdu və qələbə qazandı - VİDEO

İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "San Siro" stadionunda "Milan" “Fiorentina” komandasını qəbul edib.

Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində hesabı 2-ci dəqiqədə Olivier Jiru açıb. 28-ci dəqiqədə qonaqlar Antonin Barakla hesabı bərabərləşdirsələrdə, gücləri bundan artığına çatmayıb.

Belə ki, 90+4-cü dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkovicin avtoqolu ilə “Milan” 2-1 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 33-ə çatdıraraq A Seriyasında bir oyun az keçirən “Latsio”nu qabaqlayaraq ikinci yerdə qərarlaşıb.

“Fiorentina” klubu isə 19 xalla onuncu sıradadır. Çempionata isə 15 oyundan sonra 44 xal toplayan “Napoli” klubu başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti