“Yuventus” Turində “İnter”ə qalib gəlməyi bacardı - VİDEO

7 Noyabr 2022 10:00 İtaliya 341
“Yuventus” Turində “İnter”ə qalib gəlməyi bacardı - VİDEO

İtaliya A Seriyasının 13-cü turunda “Yuventus” evində “İnter”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, 52-ci dəqiqədə “Yuventus” A.Rabiotun qolu ilə hesabda önə keçib.

63-cü dəqiqədə Danilo hesabı 2:0-a çatdırsa da, qol qaydalar çərçivəsində vurulmadığı üçün silinib. 85-ci dəqiqədə meydan sahibləri Fagiolinin qolu ilə üstünlüklərini iki topa çatdırıblar.

Nəticədə xallarının sayını 25-ə çatdıran “Yuventus” beşinci pilləyə yüksəlib. 24 xalı olan “İnter” isə yeddinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti