“Romadakı işi Mourinyonu dəyişib” – Ançelotti

6 Noyabr 2022 12:20 İtaliya 370
“Romadakı işi Mourinyonu dəyişib” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Roma”nın çalışdırıcısı Joze Mourinyonun işindən danışıb.

Sportinfo.az xəbər verir ki, Ançelotti həmkarının ünvanına xoş sözlər deyib:

“Mən Jozeni uzun illərdir tanıyıram. Düşünürəm ki, Romadakı işi onu dəyişib. Onların iş birliyi həm klub, həm də Mourinyonun özü üçün mükəmməldir. Joze böyük məşqçidir. Onun peşəkarlığı eyni səviyyədə qalır”.

59 yaşlı Mourinyo 2021-ci ilin yayından “Roma”ya başçılıq edir. Onun Roma klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

“Canavarlar” hazırda İtaliya çempionatında dördüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti