“Milan” hücumçusu Olivye Jiru ilə müqaviləni uzatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, hazırda Milan klubunun nümayəndələri 3
6 yaşlı fransalı forvardla müqavilənin 2024-cü ilə qədər uzadılması üçün ilkin danışıqlar aparır. Onun “Milan”la müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.
Jiru 2021-ci ilin iyulunda “Milan”a keçib. O, bu komanda ilə 55 oyuna çıxıb, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

