Ançelottinin istəmədiyi futbolçu ilə İtaliya klubları maraqlanır

2 Noyabr 2022 00:10 İtaliya 718
Ançelottinin istəmədiyi futbolçu ilə İtaliya klubları maraqlanır

Transfer hüquqları “Real”a məxsus olan ispaniyalı müdafiəçi Alvaro Odriosola İtaliya çempionatına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, “Fiorentina”nın sabiq futbolçusu ilə “Yuventus” və “Milan” maraqlanır.

“Real”ın baş məşqçisi Karlo Ançelotti 26 yaşlı Odriosolanı komandasında görmək istəmir, ona görə də, onunla yolları ayırmağa hazırdırlar.

Odriosola 2018-ci ildə “Real”a qoşulub. Amma o vaxtdan bu komandanın heyətində cəmi 43 oyuna çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Bayern” və “Fiorentina”ya icarəyə göndərilib. O, bu mövsüm meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti