"Lion"un futbolçusu Ussem Auar İtaliyaya yollanmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, Fransa klubunun aparıcı üzvü "Roma" və "Yuventus"la danışıq aparır.
24 yaşlı futbolçunun hazırki klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
O, agentindən Turin klubuna keçmək istədiyini bildirib.

