İndi yox, qışda baş məşqçi postunda dəyişiklik edəcək - "Yuventus"

27 Oktyabr 2022 00:10 İtaliya 582
İndi yox, qışda baş məşqçi postunda dəyişiklik edəcək -

Çempionlar Liqasında qrupda qalan "Yuventus" baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərməyəcək

Sportinfo.az xəbər verir ki, "qoca sinyora" rəhbərliyi gələn ay start götürəcək dünya çempionatına kimi 55 yaşlı mütəxəssisin komandanı çalışdıracağı məlumatını verib.

Qışda isə "Yuventus" baş məşqçi postunda dəyişiklik edəcək.

Qrup mərhələsinin 5-ci turunda “Benfika”ya 3:4 uduzan Turin təmsilçisi növbəti mərhələyə adlamaq şanslarını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti