Ronaldo yenidən A Seriyasında? - YENİ MÜŞTƏRİ VAR

26 Oktyabr 2022 10:20 İtaliya 2 467
Ronaldo yenidən A Seriyasında? - YENİ MÜŞTƏRİ VAR

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu “Napoli”nin futbolçusu ola bilər.

“Çelsi” İtaliya klubunun əsas hücumçusu Viktor Osimhenə göz dikib. Osimhenin gedişi Ronaldonun Neapol klubuna keçidinə təsir edə bilər.

Portuqaliyalı futbolçu bu mövsüm 12 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ronaldo əvvəllər İtaliyada “Yuventus”un formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti