"Beş ildir buradayam, xoşbəxtəm, əfsanə olacağıma ümid edirəm"

24 Oktyabr 2022 15:40 İtaliya 803
"Beş ildir buradayam, xoşbəxtəm, əfsanə olacağıma ümid edirəm"

“İnter”in hücumçusu Lautaro Martines “Bayern” və PSJ-nin onunla maraqlanması haqda xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı “İnter”də xoşbəxt olduğunu deyib:

“Beş ildir ki, buradayam, “İnter”də xoşbəxtəm. Mən həqiqətən də, “İnter”in əfsanəsi olacağıma ümid edirəm.

Bir il əvvəl klubla yeni müqavilə imzalamışam və bütün diqqətimi yalnız “İnter”ə yönəltmişəm”.

Martines 2018-ci ildə “İnter”ə keçib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti