Paytaxtda qələbə üçün bir qol kifayət etdi – VİDEO

24 Oktyabr 2022 10:00 İtaliya 701
Paytaxtda qələbə üçün bir qol kifayət etdi – VİDEO

İtaliya A seriyasında XI tur davam edir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Romada keçirilib.

Paytaxtın eyniadlı təmsilçisi “Napoli”ni qəbul edib. Oyun minimal hesabla qonaqların xeyrinə başa çatıb – 0:1.

Matçda yeganə qolu 80-ci dəqiqədə Osimhen vurub.

Bu qələbə ilə xallarının sayını 29-a yüksəldən “Napoli” məğlubiyyətsiz liderliyini davam etdirir. “Roma” isə 22 xalla 5-ci sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti