"Qarabağ"ın rəqibi "Verder"i məğlub etdi - VİDEO

23 Oktyabr 2022 02:00 İtaliya 670
"Qarabağ"ın rəqibi "Verder"i məğlub etdi - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Frayburq"un ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.

"Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti