Hücumçu daha 1 il… “Çelsi” ilə “İnter” razılığa gəldi

21 Oktyabr 2022 00:00 İtaliya 786
Hücumçu daha 1 il… “Çelsi” ilə “İnter” razılığa gəldi

“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku ən azı bir mövsüm daha İtaliya klubunda qala bilər.

Sportinfo.az xəbər verir ki, klublar futbolçunun icarə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.

Məlumata görə, “Çelsi”nin yeni sahibləri hücumçu ilə maraqlanmır, ona görə də, “İnter”in tam transferlə razılaşmaq şansı var.

Lukaku avqustun 26-da, “Latsio” ilə matçda budundan zədə almışdı. Həmin vaxtdan bəri belçikalı forvard meydana çıxmayıb.

Lukaku bu mövsüm A Seriyasında 3 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM