“Latsio”nun prezidenti Klaudio Lotito qış transfer pəncərəsində yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçi “Yuventus”a satmağa razı olduğu haqda xəbərləri təkzib edib.
Sportinfo.az xəbər verir ki, o, hər ay futbolçunun qiymətinin qalxdığını deyib:
“Mənim Milinkoviç-Saviçin agenti ilə futbolçunu qışda “Yuventus”a və ya başqasına satmaq barədə razılığım yoxdur.
Əksinə, indi 100 yox, 120 milyon avroya başa gəlir. Hər ay qiyməti qalxır”.
27 yaşlı serbiyalı yarımmüdafiəçi İtaliya A Seriyasının cari mövsümündə 9 turda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Latsio” İtaliya çempionatında lider “Napoli”dən 3 xal geri qalaraq, üçüncüdür.

