"Verona" Qabriele Çoffini baş məşqçi postundan göndərib.
Sportinfo.az xəbər verir ki, 47 yaşlı məşqçinin istefasına səbəb komandanın uğursuz çıxışıdır.
A Seriyasının geridə qalan 9 turunda cəmi 5 xal toplayan klub 18-ci pillədə qərarlaşıb.
O, bu ilin iyun ayında komandaya baş məşqçi təyin edilmişdi.

