İki müdafiəçi ilə müqavilə bağladılar - 2025-ci ilə qədər

10 Oktyabr 2022 10:00 İtaliya 644
İki müdafiəçi ilə müqavilə bağladılar - 2025-ci ilə qədər

“Verona” müdafiəçiləri Koray Günter və Davide Faraoni ilə müqavilələrin müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Koray 2019-cu ilin iyulundan “Verona”da çıxış edir. Almaniya vətəndaşlığı da olan türkiyəli futbolçu bu komandada 98 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Dortmund “Borussiya”sının yetirməsi olan mərkəz müdafiəçisi, “Qalatasaray” və “Cenoa”da da forma geyinib.

Faraoni isə 2019-cu ilin yanvar ayından “Verona”nın uğurları üçün çalışır.

İtaliyadan olan sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 131 matçda 16 qol vurub, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Peşəkar karyerasına “İnter”də başlamış 30 yaşlı futbolçu, “Udineze”, “Uotford”, “Peruca”, “Novara” və “Krotone”nin də formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti