İtaliya A Seriyasında növbəti baş məşqçi istifası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Sampdoriya" Marko Campaolo ilə yollarını ayırıb.
55 yaşlı mütəxəssis komandanın çempionatdakı uğursuz nəticələrinə görə istefaya göndərilib.
Onun rəhbərliyi ilə "Sampdoriya" 8 turdan sonra A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Marko Campaolo bu ilin yanvar ayından "Sampdoriya"nı çalışdırırdı.

