2024-cü ilin yayınadək olan müqavilənin müddətini uzatmağı planlaşdırır

7 Oktyabr 2022 02:00 İtaliya 634
2024-cü ilin yayınadək olan müqavilənin müddətini uzatmağı planlaşdırır

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi türk yarımmüdafiəçinin 2024-cü ilin yayınadək olan müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Milan klubu 28 yaşlı futbolçunun meneceri ilə noyabr ayında bir araya gəlmək istəyir. Hazırda illik 5 milyon avro maaş alan təcrübəli futbolçu ilə yeni sözləşmə üçün maliyyə şərtləri razılaşdırılmalıdır.

Hakan Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında azad agent statusu ilə transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti