"Belə futbolçuların təqaüdə çıxması ayıbdır, mən onunla işləməkdən həzz alırdım"

6 Oktyabr 2022 00:20 İtaliya 812
"Belə futbolçuların təqaüdə çıxması ayıbdır, mən onunla işləməkdən həzz alırdım"

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun sabiq hücumçusu Qonsalo İquaynın karyerasını bitirmək qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, İquaynla işləməyin heyrətamiz olduğunu deyib:

“İquaynla işləmək heyrətamiz idi. Belə futbolçuların təqaüdə çıxması ayıbdır.

Mən onunla işləməkdən həzz alırdım. Ona sonrakı həyatında ən yaxşısını arzulayıram”.

Argentinalı futbolçu MLS-də iştirak edən “İnter Mayami”də bu mövsümün əvvəlində zəif oynasa da, son 11 matçda 10 qol vurub. Ümumilikdə bu mövsüm onun aktivində 14 qol və 3 məhsuldar ötürmə var.

İquayn “Real”, “Yuventus”, “Milan” və “Çelsi”nin də şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti