Növbəti baş məşqçi istefası - İtaliya A Seriyasında

3 Oktyabr 2022 21:40 İtaliya 710
Növbəti baş məşqçi istefası - İtaliya A Seriyasında

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası baş tutub.

Sportinfo.az xəbər verir ki, “Sampdoriya”baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb.

55 yaşlı mütəxəssis komandanın çempionatdakı uğursuz nəticələrinə görə istefaya göndərilib. Onun rəhbərliyi altında “Sampdoriya” 8 turdan sonra A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Campaolo bu ilin yanvar ayından “Sampdoriya”nı çalışdırırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti