“Real”ın müdafiəçisi üçün danışıqlara başladı - “Latsio”

10:00 İtaliya 1 103
“Real”ın müdafiəçisi üçün danışıqlara başladı - “Latsio”

“Real”ın müdafiəçisi Raul Asensio “Latsio”nun transfer siyahısındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu Qətərə yollanacağı gözlənilən Alessio Romanyolinin əvəzinə ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir.

Tərəflər arasında ilkin danışıqların aparıldığı bildirilir. Transferin dəyərinin təxminən 20 milyon avro olacağı qeyd olunur.

Lakin Asensionun “Real”da qalmaq istəyi səbəbindən keçidin baş tutması çətin görünür.

23 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?