“Bu, çoxdan həyata keçirmək istədiyimiz transferdir”- Kloub prezidenti

3 Sentyabr 2023 10:15 İspaniya 1 190
“Bu, çoxdan həyata keçirmək istədiyimiz transferdir”- Kloub prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta portuqaliyalı müdafiəçi Joao Kanselonun kluba keçidinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub prezidenti kataloniyalıların uzun müddətdir ki, müdafiənin sağ cinahına oyunçu axtardıqlarını deyib:

“Kanselo qeyri-adi istedada malik oyunçudur. O, sağ cinahda oynayır, bu mövqeyi gücləndirmək istəyimiz var idi.

Onun bizə çox kömək edəcək təcrübəsi var. O, “Barselona”nın necə oynadığını çox yaxşı bilir.

Bu, çoxdan həyata keçirmək istədiyimiz transferdir. Ona uğurlar arzulayıram.

Kanselo ilə müqavilə imzalamaq üçün çox yaxşı işlər görülüb. Bu, tərifə layiqdir”.

Kanselo 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib, 21 oyunda çıxış edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var