La Liqa klubunda 7 illik müqavilə - Ekvadorlu müdafiəçi ilə

17 Sentyabr 2020 11:06 İspaniya 673
La Liqa klubunda 7 illik müqavilə - Ekvadorlu müdafiəçi ilə

"Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin İngiltərənin “Uotford” klubundan Pervis Estupinanı transfer edib.

Ekvadorlu müdafiəçi ilə 7 illik müqavilə imzalanıb. Pervis yeni komandasında “15” nömrəli formanı geyinəcək.

Ekvador yığmasının da üzvü olan Estupinan “Uotford”a 2016-cı ildə yetirməsi olduğu “Kito” klubundan transfer olunub.

Amma İngiltərə klubunda möhkəmlənə bilməyən 22 yaşlı sol cinah müdafiəçisi İspaniyada “Qranada”, “Almeriya”, “Malyorka” və “Osasuna”da icarədə oynamaq məcburiyyətində qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti