“Bayer”in baş məşqçisini və futbolçusunu gətirmək istəyir - "Real”ın prezidenti

8 İyun 2024 12:20 İspaniya 2 019
“Bayer”in baş məşqçisini və futbolçusunu gətirmək istəyir -

“Real”ın prezidenti Florentino Peresin gələn il üçün planları məlum olub.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, klub rəhbəri “Bayer”in baş məşqçisi Xabi Alonsonu və komandanın yarımmüdafiəçisi Florian Virtsi Madridə dəvət etmək istəyir.

“Kral klubu”nun hazırkı baş məşqçisi Karlo Ançelottinin müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

“Real” italiyalı çalışdırıcının rəhbərliyi altında ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

21 yaşlı Virtsin transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Alonsonun “Bayer”lə 2026-cı ilə qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi